Liviyanın keçmiş təhsil naziri ölüm cəzasına məhkum edilib

Liviyanın keçmiş təhsil naziri ölüm cəzasına məhkum edilib
# 31 iyul 2013 18:07 (UTC +04:00)

Bakı-APA. Müəmmər Qəddafinin dövründə Liviyanın təhsil və informasiya naziri olmuş Əhməd İbrahim Misrata şəhərinin məhkəməsi tərəfindən ölüm cəasına məhkum edilib.

APA-nın məlumatına görə, keçmiş nazir milli təhlükəsizliyə zərbə vurmaqda və dinc əhalinin qətlini təşkil etməkdə günahkar bilinir. Hökmü Liviyanın Ali məhkəməsi təsdiq etməlidir.

Misrata məhkəməsi tərəfindən çıxarılmış qərar Qəddafi rejiminin yüksək vəzifəli şəxsləri üzərində məhkəmələrdə ilk qərardır.

Müəmmər Qədadfinin oğlu Seyfəlislam da məhkəmə qarşısına çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR