Bakının iki rayonunda qaz problemi olacaq

Bakının iki rayonunda qaz problemi olacaq
# 29 dekabr 2013 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan paytaxtının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün dekabrın 29-da saat 13:00-dək Bakının Binəqədi rayonunun bir hissəsinə, saat 18:00-dək isə Sabunçu rayonunun Balaxanı qəsəbəsinə və Zabrat qəsəbəsinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR