Avropa Parlamenti Avropa Birliyini “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərə yenidən baxmağa çağırıb

Avropa Parlamenti Avropa Birliyini “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərə yenidən baxmağa çağırıb
# 12 mart 2014 14:53 (UTC +04:00)

Vilnüs sammiti bunu göstərir”. APA-nın xəbərinə görə, bu barədə Avropa Parlamentinin bu gün Strasburqda keçirilən plenar iclasında qəbul olunan qətnamədə deyilir.

Sənəddə bildirilir ki, Gürcüstan və Moldova ilə münasibətlərin yaxşılaşmasına baxmayaraq, AB-nin proqram iştirakçısı olan ölkələrə dair siyasəti bütün gözləntilərə cavab verməyib. AP üzvlərinin fikrincə, AB-nin bu istiqamətdə siyasətinin dəyişməsinə ehtiyac var. Onlar AB-ni siyasi dialoq çərçivəsindən kənara çıxaraq “Şərq tərəfdaşlığı” ölkələri ilə birbaşa əlaqələr qurmağa imkan verəcək xarici siyasət dəyişikliyinə çağırıblar. Deputatlar hesab edir ki, vətəndaşlar üçün vizasız rejimin tətbiq edilməsinə, təhsil sahəsində mübadiləyə, gənclərin və gələcək liderlərin dəstəklənməsinə üstünlük verilməlidir.

Avropa Parlamenti Rusiyanın “Şərq tərəfdaşlığı” ölkələrinə siyasi, iqtisadi və hərbi təzyiqlərindən narahatlığını bildirib. Müzakirələrdə çıxış edən Pavel Koval (Polşa) qeyd edib ki, hazırkı hadisələr göstərir ki, artıq vaxt qalmayıb, Ukrayna və digər şərq qonşularının Rusiyanın təsirinə müqavimət göstərə bilmələri üçün təcili tədbirlər görülməlidir: “Əks halda risk var ki, insanlar Avropa Birliyinə inamlarını itirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR