Bakıda iki qardaş Biləsuvar rayon sakininə qarşı dələduzluq edib

Bakıda iki qardaş Biləsuvar rayon sakininə qarşı dələduzluq edib
# 10 aprel 2014 08:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Biləsuvar rayon sakininə qarşı dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA- ya verilən məlumata görə, Biləsuvar rayon sakini, 1985-ci il təvəllüdlü Alim Tapdıq oğlu Abbasov polisə ərizə ilə müraciət edərək bildirib ki, Vəkil və Kamil (anket məlumatları yoxdur) qardaşları ondan işə düzəltmək adı ilə 3000 manat pulu alaraq ona qarşı dələduzluq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR