Ombudsmanın məruzəsi prezidentə və dövlət qurumlarına göndərilib

Ombudsmanın məruzəsi prezidentə və dövlət qurumlarına göndərilib
# 28 fevral 2014 08:44 (UTC +04:00)

Bakı-APA. Ombudsmanın ötən il üzrə illik məruzəsi Azərbaycan Respublikasının Prezidentinə, Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2013-cü il üzrə illik məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzənin martın 4-də Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub. Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə mətbu orqanlarda dərc ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR