FHN Bakıda avtomobil təmiri emalatxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb - VİDEO

FHN Bakıda avtomobil təmiri emalatxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb - <span style="color: red;">VİDEO
# 19 mart 2014 04:28 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Bakıda avtomobil təmiri emalatxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 550 kv.m olan birmərtəbəli tikilidə baş verib. Nəticədə, tikilinin dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə, içərisində olan avtomobil ehtiyyat hissəsləri və vətəndaşa məxsus "BMW" markalı minik avtomobil qismən yanıb. Tikilinin qalan hissəsi və avtomobillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR