Azərbaycanda bir gündə 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda bir gündə 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
# 23 noyabr 2013 15:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən noyabrın 22-də geniş miqyaslı əməliyyat həyata keçirilib. DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, əməliyyat nəticəsində əvvəlcə Abşeron rayonunda əvvəllər məhkum olunmuş Şahin İsayevdən 5 kiloqram 50 qram tiryək, 2 kiloqram həşiş götürülüb.

Eyni zamanda həmin gün Zaqatala rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qax rayon sakini Şakir Şirinovdan 2,5 kiloqram marixuana götürülüb.

Beləliklə, ümumilikdə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 10 kiloqram narkotik vasitə çıxarılıb.

Hər iki fakt ilə bağlı cinayət işi qaldırılıb, istintaq əməliyyat tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR