Səlim Müslümov Qax rayonunda vətəndaşları qəbul edib

Səlim Müslümov Qax rayonunda vətəndaşları qəbul edib
# 15 noyabr 2013 13:35 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Qax rayonunda vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbul zamanı bölgədə yerləşən Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı rayonlarından olan sakini «Açıq qapı» şəraitində müraciətləri dinlənilib, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb.

Müraciət edən sakinlərin bir qisminin qaldırdığı məsələlər elə yerindəcə həllini tapıb. Müraciətlər sırasında “Özünədəstək” layihəsindən bəhrələnmək istəyənlər, mənzil problemi olanlar, sosial yardımla təminat və müalicə məsələləri yer alıb. Qəbula gələn sakinlərdən birinin övladına isə nazir Səlim Müslümov əlil arabası verilməsi barədə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR