Prezident İlham Əliyev “GDF Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “GDF Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb
# 23 yanvar 2014 17:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb.

APA-nın verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edilib, bu əlaqələrin inkişafında “GDF Suez” şirkətinin də xüsusi rolu vurğulanıb.

Söhbət zamanı “GDF Suez” şirkəti ilə “Abşeron” qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olunubvə digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR