Ermənistanın baş naziri: Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulma tarixi dəyişdirilə bilər

Ermənistanın baş naziri: Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulma tarixi dəyişdirilə bilər
# 27 iyun 2014 04:35 (UTC +04:00)

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Onun sözlərinə görə, proses istənilən halda həyata keçiriləcək. “Heç olmamaqdansa, gec olması yaxşıdır, hazırda baş verən proseslər müzakirə olunur”, deyə baş nazir bildirərək, bir çox məsələlərə iyulun 3-nə planlaşdırılmış görüşdən sonra aydınlıq gətiriləcəyini qeyd edib.

Qeyd edək ki, Abramyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə qondarma Dağlıq Qarabağ Respublikası ilə sərhəddə gömrük-buraxılış məntəqəsinin yaradılmasının mümkünlüyünə dair suala cavab verməkdən imtina edib.

Bundan əvvəl Abramyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə iyulun 3-də qoşulacağını bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR