Azərbaycan ikinci süni kosmik peykin orbitə buraxılması layihəsinə «Nippon Electric» Korporasiyasını cəlb etmək istəyir

Azərbaycan ikinci süni kosmik peykin orbitə buraxılması layihəsinə «Nippon Electric» Korporasiyasını cəlb etmək istəyir
# 13 fevral 2014 08:02 (UTC +04:00)

Hazırda Yaponiya hökuməti və NEC Korporasiyası bu təklifi nəzərdən keçirir.

«APA-Economics»in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında NEC Korporasiyasının Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno bildirib.

O, əlavə edib ki, Azərbaycanın verdiyi bu imkan nəzərdən keçiriləndən sonra Yaponiya məsələ ilə bağlı son fikrini açıqlayacaq.


M.İkeno Azərbaycana planşet istehsalı sahəsində də kömək edə biləcəyini də bildirib: «İlk öncə Azərbaycana bu məhsulun, həmçinin bizim çatdıracağımız məhsulun və ya xidmətlərin sizin cəmiyyətə necə töhfə verə biləcəyini nəzərə almalıyıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR