Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib
# 21 iyun 2014 06:59 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 51-ci kilometrliyində "Hyundai" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobil toqquşub.

Minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR