Beyləqanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayrılıb

Beyləqanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayrılıb
# 12 avqust 2013 16:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR