İranda zəlzələ olub

İranda zəlzələ olub
# 26 fevral 2014 13:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Kirman vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Qaləgənc şəhərinə təsadüf edib.

4,3 bal gücündə olan zəlzələ fevralın 26-da Bakı vaxtı ilə saat 12:08-də yerin 36 km dərinliyində meydana gəlib. Təbii fəlakət Qaləgəncdən 30 km, Rudbardan 42 km və Kahnucdan 56 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR