Bakıda yaşayış evində yanğın olub

Bakıda yaşayış evində yanğın olub
# 25 fevral 2014 11:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 175 kv.m sahədə və ev əşyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR