Rusiya Ukrayna ilə həmsərhəddəki motoatıcı taboru geri çəkib

Rusiya Ukrayna ilə həmsərhəddəki motoatıcı taboru geri çəkib
# 31 mart 2014 17:50 (UTC +04:00)

Bakı-APA. Rusiya Ukrayna ilə həmsərhəddəki motoatıcı taboru geri çəkib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

"Mərkəzi hərbi dairənin 15-ci motoatıcı briqadası Rostovda Kadamovsk poliqonuna çıxışını başa çatdıraraq, Samara vilayətindəki daimi dislokasiya məntəqəsinə qayıdır", məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi bildirib ki, batalyon bir ay ərzində təlimi başa çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR