Yavər Camalov: “İDEF-2013 sərgisinə qatılan xarici şirkətlərlə müasir texnologiyaların Azərbaycana gətirilməsi məsələsini müzakirə edəcəyik”

Yavər Camalov: “İDEF-2013 sərgisinə qatılan xarici şirkətlərlə müasir texnologiyaların Azərbaycana gətirilməsi məsələsini müzakirə edəcəyik”
# 07 may 2013 13:23 (UTC +04:00)

O zaman sərgiyə 27 adda məhsulla qatılmışdıq, bu dəfə isə 130 adda məhsul gətirmişik”. Bu açıqlamanı APA-nın İstanbula ezam olunmuş müxbirinə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov verib.

O, Azərbaycanın müdafiə sənayesi müəssisələrinin istehsalı olan məhsullara böyük maraq göstərildiyini bildirib: “Biz ilk dəfə olaraq bu sərgidə “İstiqlal” snayper tüfənginin təkmilləşdirilmiş versiyası olan “İstiqlal T” tüfəngini, “HP 7.62 hücum pulemyotunu, “Gürzə” patrul maşınımızı, həmçinin zirehli gödəkcələri nümayiş etdiririk”.

Türkiyə və xarici ölkələrin firmalarının stendləri ilə tanış olacaqlarını deyən Yavər Camalovun sözlərinə görə, xarici şirkətlərlə müasir texnologiyaların Azərbaycana transferi məsələsi müzakirə olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR