Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 05 mart 2014 16:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Çexiya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Vitezslav Pivonkanı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov səfir V.Pivonkanı səfir təyin olunması münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş əsnasında Azərbaycanla Çexiya arasındakı münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib.

Səfir V.Pivonka fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR