Ağdamda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb - FOTO - VİDEO

Ağdamda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 23:08 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə iyunun 18-dən 19-na keçən gecə saat 24 radələrində rayonun İmamqulubəyli kəndində baş verib.

Yolu keçmək istəyən şəxsi yüksək sürətlə vuran sürücü yaralını köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Məlum olub ki, yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı İmamqulubəyli kənd sakini, 1955-ci il təvəllüdlü Gözəlov Bəyəndik Yəhya oğludur.

Kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər alan B. Gözəlova ilkin tibbi yardım göstərildikdən sonra, o, Bərdə MRX-ya göndərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Şahidlərin sözlərinə görə. hadisəni VAZ-2107 markalı minik maşını törədib. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR