Lökbatan qəsəbəsində vəfat edən qadının meyiti ailəsinə təhvil verilib - FOTO - VİDEO

Lökbatan qəsəbəsində vəfat edən qadının meyiti ailəsinə təhvil verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 mart 2014 00:44 (UTC +04:00)

APA-nın məlumatına görə, qaza vurulan adarant adlı maddədən təsirlənən qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı qəfil pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından bildirilib ki, N. Məmmədovanın qazdan zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR