Gürcüstan XİN hazırkı mərhələdə Rusiya ilə diplomatik əlaqələrin bərpasını mümkünsüz hesab edir

Gürcüstan XİN hazırkı mərhələdə Rusiya ilə diplomatik əlaqələrin bərpasını mümkünsüz hesab edir
# 22 dekabr 2013 04:34 (UTC +04:00)

Bakı-APA. Rusiya qoşunları Abxaziya və Tsxinval bölgəsində olduqları müddətdə Rusiya ilə diplomatik əlaqələrin bərpası barədə söhbət belə gedə bilməz. APA-nın “Georgia Online” saytına istinadən, bu barədə dekabrın 21-də “Rustavi-2” telekanalının efirində Gürcüstan XİN rəhbəri Maya Pancikidze bəyan edib.

“Ərazilərimizin 20 faizi işğal altında olduğu şəraitdə Rusiya ilə diplomatik əlaqələrin bərpası mümkünsüzdür və Rusiyada da bu barədə bilirlər”, deyə Pancikidze vurğulayıb.

Rusiya ilə vizasız rejimin mümkünlüyünə toxunan Gürcüstan XİN rəhbəri hesab edir ki, bu “Gürcüstanın son bir ildə apardığı siyasət nəticəsində mümkün olub”. Bununla belə, Maya Pancikidze qeyd edib ki, Gürcüstan ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR