“Həzi Aslanov”–“Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb

“Həzi Aslanov”–“Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb
# 01 may 2014 06:50 (UTC +04:00)

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.

Hadisə nəticəsində “Həzi Aslanov” stansiyasından “Nərimanov” stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.

“Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər”, - deyə qurumdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR