2009-cu ildən etibarən keçirilən “Azərbaycan ailəsi” film festivalı başa çatıb

2009-cu ildən etibarən keçirilən “Azərbaycan ailəsi” film festivalı başa çatıb
# 22 may 2014 13:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilən “Azərbaycan ailəsi” film festivalı başa çatıb.

APA-nın məlumatına görə bununla bağlı keçirilən tədbirdə çıxış edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, komitə “Ailə bayramı” çərçivəsində silsilə tədbirlər təşkil edib: “Artıq bu, ənənəyə çevrilib. Bu ənənənə 6 ildən artıqdır ki, davam edir. Festivala üzv olanların sayı da artmaqdadır”.

H. Hüseynova əlavə edib ki, bu il festivala çoxlu film təqdim olunub: “Maraqlı bir məqam da odur ki, bu festival demək olar ki, beynəlxalq səviyyədə də qəbul olunur. Festivalda bir çox ölkənin filmləri də yer alır. Bu il seçilən filmlərin içərisində xarici film də olacaq. Bu dəfə yenilik ondan ibarətdir ki, festival çərçivəsində fotosərgi də təqdim edilib. Bu sərgi ilə də bağlı nominasiyalar olacaq”.

Qeyd edək ki, kinofestivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği və cəmiyyətdə mövcud olan problemlərin bu vasitələrin köməyi ilə işıqlandırılmasıdır. Festivala fevral ayında start verilib. Festivala 3 ay ərzində 30-dan çox film və 20-dən çox fotoşəkil təqdim edilib. İctimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilən filmlər və fotolar festivalın bağlanış mərasimində mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR