Azərbaycanın müdafiə sənayesi naziri Qazaxıstanın müdafiə naziri ilə görüşüb - FOTO

Azərbaycanın müdafiə sənayesi naziri Qazaxıstanın müdafiə naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 22 aprel 2014 13:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə naziri Serik Axmetovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya MSN-nin mətbuat xidmətindən məlumat verilib.

Y. Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in bir neçə müəssisəsinə baş çəkərək istehsal prosesini izləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR