Azərbaycanda dini zəmində cinayət halları üzrə istintaqın aparılması səlahiyyətləri prokurorluq orqanlarından alınıb

Azərbaycanda dini zəmində cinayət halları üzrə istintaqın aparılması səlahiyyətləri prokurorluq orqanlarından alınıb
# 14 mart 2014 15:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət Prosessual Məcəlləsinə (CPM) dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır. Beləliklə, artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq.

Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan prezidentinin qərarından asılı olacaq.

Qeyd edək ki, CPM-in 215.3. maddəsinin qüvvədə olan variantına görə, ibtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202-203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR