Macarıstanın baş naziri və Bolqarıstanın sabiq prezidenti Azərbaycan dövlət başçısını təbrik ediblər

Macarıstanın baş naziri və Bolqarıstanın sabiq prezidenti Azərbaycan dövlət başçısını təbrik ediblər
# 17 oktyabr 2013 16:55 (UTC +04:00)

Bakı – APA. Macarıstanın baş naziri Viktor Orban Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, İ. Əliyevi prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edən baş nazir Azərbaycanın son on ildə böyük inkişaf yolu keçdiyini qeyd edib. O, ikitərəfli münasibətlərin dinamik inkişafına şad olduğunu bildirərək, intensiv əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini vurğulayıb.

2002-2012-ci illərdə Bolqarıstanın prezidenti olmuş Georgi Pırvanov da Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR