Əbülfəs Qarayev fransız aktyoru Jerar Depardye ilə görüşüb - FOTO

Əbülfəs Qarayev fransız aktyoru Jerar Depardye ilə görüşüb - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 18:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Oktyabrın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşüb. APA-nın məlumatına görə, Ə.Qarayev J. Depardyeni növbəti dəfə Bakıda görməkdən məmnun olduğunu bildirib, son illər mədəniyyət sahəsinin inkişafından, bu sahədə görülən işlərdən danışıb.

Görüşdə son dövrlərdə inkişaf edən Azərbaycan-Fransa mədəni əlaqələri, məşhur aktyorla kino sahəsindəki əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə edilib.

J.Depardye əvvəlki səfərlərində olduğu kimi bu dəfə də Bakının gündən-günə gözəlləşdiyinin şahidi olduğunu deyib, habelə Azərbaycan mədəniyyətini sevdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR