SABAH qruplarına qəbul üzrə keçiriləcək test imtahanının vaxtı açıqlanıb

SABAH qruplarına qəbul üzrə keçiriləcək test imtahanının vaxtı açıqlanıb
# 26 iyun 2014 07:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi SABAH qruplarına qəbul üzrə keçiriləcək test imtahanının vaxtını açıqlayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, SABAH qrupları üzrə test imtahanı iyulun 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında keçiriləcək. Tələbələr imtahanda iştirak üçün buraxılış vərəqəsini 25 iyun tarixindən 02 iyul tarixinədək ixtisaslarına uyğun olaraq baza ali təhsil müəssisələrində müvafiq otaqlardan əldə edə bilərlər. Gəncə ali təhsil müəssisələrindən və Mingəçevir Politexnik İnstitutundan müraciət edən tələbələr bildirişləri Gəncə Dövlət Universitetindən, Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Naxçıvan Dövlət Universitetindən, Lənkəran Dövlət Universitetindən müraciət edən tələbələr bildirişləri Lənkəran Dövlət Universitetindən əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR