Bakı. Gülnar Bəşirova - APA. Bu gün ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Biznes Keys
Müsabiqəsinin final mərhələsini keçirib.
APA -nın məlumatına görə, müsabiqədə iştirak etmək üçün 16 universiteti təmsil edən 84 komanda ərizə verib. Onlardan yalnız 18-i final mərhələsinə qədər irəliləyə bilib. Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s mövzularda təlimlər keçiblər.
Bununla yanaşı, komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər. Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar
öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim edəcəklər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında təqdimatla çıxış edəcəklər.
Qeyd edək ki, bu il 11 illiyini qeyd edəcək müsabiqə 2002-ci ildən keçirilməyə başlanılıb. 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi huququ eksklüziv olaraq ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə verilib.
Azərbaycan Diplomatik Akademiyası layihənin akademik sponsorudur.