AKP Qars millət vəkili: “Azərbaycanın torpaqları işğaldan azad olunmayınca, sərhədlər açılmayacaq”

AKP Qars millət vəkili: “Azərbaycanın torpaqları işğaldan azad olunmayınca, sərhədlər açılmayacaq”
# 31 may 2013 15:29 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Çatak kəndində aparılan təmir işləri ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Qarsdan seçilən millət vəkili Əhməd Arslan tanış olub.

Jurnalistlərin “dəmir yolunun təmiri Ermənistanla sərhədlərin açılmasını mümkün edə bilərmi?” sualına cavab verən millət vəkili bildirib ki, Qars sakinləri kimi, o da sərhədlərin açılmasını və Ermənistanla ikitərəfli ticarətin inkişafını istəyir: “Amma reallıq bundan ibarətdir ki, bizim qardaş Azərbaycanın torpaqları işğal olunub və bu işğal faktı aradan qalxmayınca, sərhədlər açılmayacaq. Həm Türkiyə, həm də Ermənistan vətəndaşları bunu istəyirlər. Amma biz eyni zamanda Dağlıq Qarabağ münaqişənin həllini və Ermənistanla Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olmasını istəyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR