İtaliya Apellyasiya Məhkəməsi Silvio Berluskoni haqqında 4 il azadlıqdan məhrumetmə qərarını qüvvədə saxlayıb - APA TV

İtaliya Apellyasiya Məhkəməsi Silvio Berluskoni haqqında 4 il azadlıqdan məhrumetmə qərarını qüvvədə saxlayıb - <span style="color: red;">APA TV
# 09 may 2013 07:09 (UTC +04:00)

Bakı-APA. İtaliya Apellyasiya Məhkəməsi Silvio Berluskoni haqqında ilk məhkəmə instansiyasının çıxardığı qərarı qüvvədə saxlayıb. APA-nın məlumatına görə, məhkəmə ötən ilin oktyabrında sabiq baş nazirin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hökmə əsasən Berluskoni dövlət və özəl sektorda rəhbər postlar tuta bilməz. Ekspertlərin fikrincə, Apellyasiya Məhkəməsinin bu hökmü qüvvədə saxlaması onsuz da kövrək olan koalisiya hökumətinin taleyini təhlükə altına qoya bilər. Qeyd edək ki, Berluskoni son seçkilərdə özünə senator mandatını təmin edə bilib.

Sabiq baş nazir və “Mediaset” telekommunikasiya holdinqinin rəhbəri vergilərdən yayınmaqda, şirkətinə məxsus telekanallarda ABŞ filmlərinin nümayişinin qiymətinin süni surətdə qaldırılması üçün “gizli fondlar” yaratmaqda ittiham olunur.

İtaliyada bir çoxları hesab edir ki, Berluskoni cəzadan yaxa qurtara biləcək. Hər şey Kassasiya Məhkəməsinin qərarından asılıdır, sabiq baş nazirin vəkilləri bu məhkəmə instansiyasında əvvəlki qərarları ləğv etməyə və məhkəmə prosesinin yenidən keçirilməsinə nail olmağa hazırlaşır.

Mayın 13-də isə Silvio Berluskonini daha bir məhkəmə prosesi gözləyir. Sabiq baş nazir bu dəfə həddi-buluğa çatmayanların seksual xidmətlərinin təşkilinə dair ittihamlara cavab verməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR