Ruhani “Twitter”dən Papaya təşəkkür etdi - FOTO

Ruhani “Twitter”dən Papaya təşəkkür etdi - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 09:46 (UTC +04:00)

Bakı - APA. İran prezidenti Həsən Ruhani “Twitter” sosial şəbəkəsindəki səhifəsində Roma Papası Fransiskə təşəkkür edib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Vatikanın baş yepiskopu Leo Boccardiyi qəbul edərkən çəkilən fotoşəkli səhifəsində yerləşdirən Həsən Ruhani yazıb ki, bu gün İslam və xristian dinləri arasında daha çox dialoqa ehtiyac var.

İran prezidenti bir çox qarşıdurmaların əsasında cəhalətin dayandığını vurğulayıb: “Bu gün İran və Vatikanın təbliğatının əsasında yoxsulluq və bərabərsizliyi aradan qaldırmaq kimi ortaq hədəflər, radikalizm və terrorizm kimi düşmənləri var. Xalqıma rifah və sağlamlıq arzulamağınızla bağlı təşəkkür edirəm. Zorakılıq və radikalizmə qarşı mübarizə aparan dünya üçün birlikdə çalışacağımıza ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR