Fransa prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Fransa prezidenti Şəhidlər xiyabanını ziyarət edib - <span style="color: red;">FOTO
# 12 may 2014 14:12 (UTC +04:00)

Bakı – APA. Fransa prezidenti Fransua Olland və nümayəndə heyətinin üzvləri mayın 12-də Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, prezident Fransua Olland “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.

Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR