Bakının “İnter” klubu 3 futbolçu ilə müqaviləni pozub

Bakının “İnter” klubu 3 futbolçu ilə müqaviləni pozub
# 23 dekabr 2013 12:37 (UTC +04:00)

Bakı – APA. “İnter” klubunun qış fasiləsində yollarını ayırdığı futbolçuların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq vətəninə yollanan bolqarıstanlı Daniel Genovun ardından daha 3 legioner komandanı tərk edir.


Bunlar yarımmüdafiəçilər – braziliyalı Flavio Junior Bek, makedoniyalı İlço Naumoski və ispaniyalı Mikel Alvarodur.

Bu ilin yayında “İnter”ə keçən əcnəbilər baş məşqçi Kaxaber Sxadadzenin ümidlərini doğrultmadığı üçün komandada qalmaları məqsədəuyğun sayılmayıb. Düzdür, bu futbolçulardan biri – Mikelin müqaviləsi başa çatmadığından onunla məsələ tam həll edilməyib.

Qeyd edək ki, cari mövsümdə Topaz Premyer Liqasında Mikel 6, İlço ilə Flavio hərəyə 4 qarşılaşmaya çıxıb. Daniel isə “İnter” karyerasında 27 oyuna 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR