Rusiya XİN başçısı: "Ukraynadakı böhrana səbəb Qərbin ayrıcı xətləri Şərqə çəkməyə cəhd etməsi olub"

Rusiya XİN başçısı: "Ukraynadakı böhrana səbəb Qərbin ayrıcı xətləri Şərqə çəkməyə cəhd etməsi olub"
# 22 oktyabr 2014 12:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Ukraynadakı böhrana Qərbin Avroatlantikadakı ayrıcı xətləri Şərqə çəkməyə cəhd etməsi olub".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gənclər İctimai Palatasının üzvləri ilə görüşündə deyib.

S. Lavrov ölkəsinin heç kimlə ziddiyət axtarmadığını söyləyib. Bununla yanaşı birdirib ki, Rusiya beynəlxalq hüquq çərçivəsində öz maraqlarını müdafiə edəcək: “Hesab edirik ki, bu, Rusiyanın milli maraqlarının təmin edilməsinə aparan ən optimal yoldur. Əminik ki, tərəfdaşlarımız dünyanın çoxqütblü olması ilə bağlı həqiqəti nə qədər tez qəbul etsə, bir o qədər beynəlxalq münasibətlər sisteminin inkşafı üçün yaxşı olacaq", - deyə Rusiya XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR