Ötən il Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşıma 14%, yükdaşıma isə 17% artıb

Ötən il Azərbaycanın hava nəqliyyatı ilə sərnişindaşıma 14%, yükdaşıma isə 17% artıb
# 06 fevral 2013 07:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın hava nəqliyyatı vasitəsilə 1,6 mln. sərnişin və 59,1 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci illə müqayisədə hava nəqliyyatı ilə sərnişindaşımanın həcmi 14,3%, yükdaşımanın həcmi isə 16,8% artıb.

«Hesabat ilində sərnişindaşımanın 98,5%-i dövlət bölməsinə, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR