Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda yaşayış binasında partlayış olub.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.
Partlayış həmin ünvanda yerləşən dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.