“Prezident İlham Əliyevin bütün dinlərin nümayəndələrinin və xarici dövlətlərin diplomatlarını iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı göstərdi”.
APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.
QMİ sədri qeyd edib ki, iftar süfrəsi Allahın mərhəmətinin bir növüdür: “İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi və iftar verilməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu, davam edir və inkişaf edir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk”.