Qubad İbadoğlu: “Müsavatçıları partiyadan çıxarmaqla susdurmaq mümkün deyil”

Qubad İbadoğlu: “Müsavatçıları partiyadan çıxarmaqla susdurmaq mümkün deyil”
# 23 oktyabr 2014 08:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu partiya Məclisinin üzvü, başqan Arif Hacılının tərəfdarı, vəkil Osman Kazımovun partiyada təmizləmə işi aparmağın vacibliyi barədə təklifinə münasibət bildirib.

Q. İbadoğlu APA-ya açıqlamasında deyib ki, bu təklifə münasibəti pisdir. O, bunun səhv addım olduğunu söyləyərək partiya rəhbərliyini bölüşdürücü deyil, barışdırıcı mövqe tutmağa çağırıb: “Müsavatda partiyanın yeniləşmək xəttini, onun gücləndirilməsi kursunu müdafiə edən minlərlə fədakar və mübariz üzvlər var. Onları partiyadan çıxarmaqla susdurmaq mümkün deyil. Bu yol səhv yoldur, partiya rəhbərliyini nə qədər gec deyil, üzvləri cəzalandırmaqdan çəkinməyə və bölüşdürücü deyil, barışdırıcı mövqe tutmağa çağırıram. Tənqidə dözümsüzlük edib partiya üzvünü əlində olan səlahiyyətlərdən istifadə etməklə partiyadan çıxarmaq zəiflik göstəricisidir. Onları dinləmək, tənqidləri eşitmək və nəzərə alıb fəaliyyət göstərmək isə güclülərə xas əlamətdir”.

Qeyd edək ki, O. Kazımov partiyanın nüfuzuna xələl gətirən, Nizamnamə pozuntusuna yol verən şəxslər barəsində cəza tədbirlərinə başlamaq və onları Müsavat üzvlüyündən xaric etmək təklifini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR