Dostunu öldürən şəxsin məhkəməsi başlayıb

 Dostunu öldürən şəxsin məhkəməsi başlayıb
# 26 noyabr 2015 11:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.

Qeyd edək ki, X. Şabanzadə dostu Əyyar Ağayevi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228-ci (soyuq silah gəzdirmə) maddələrinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR