Azərbaycanda iki gündə baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb

Azərbaycanda iki gündə baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb
# 27 iyun 2016 10:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda 2 gündə baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

İyunun 26-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR