Dələduzluq edən Bakı sakini yaxalanıb

Dələduzluq edən Bakı sakini yaxalanıb
# 17 noyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Külli miqdarda dələduzluq edən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhər sakinləri İlham Əsədova qarşı 15000 manat, Teymur Mustafayevə qarşı 12000 ABŞ dolları məbləğində dələduzluq əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Qoşqar Soltanov həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR