Xirosimada 160 mindən çox sakinə güclü yağışlara görə evakuasiya tövsiyə olunub

Xirosimada 160 mindən çox sakinə güclü yağışlara görə evakuasiya tövsiyə olunub
# 23 avqust 2014 10:36 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Yaponiyanın Xirosima şəhərində 160 mindən çox sakinə güclü yağışlara görə evakuasiya tövsiyə olunub.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Xirosimada baş verən son sürüşmə zamanı həlak olan 51 nəfərdən 46-nın şəxsiyyətini öyrənmək mümkün olub.

Güclü yağışlar isə sürüşmələri gücləndirib. Onlarla tikili yarasız hala düşüb. Artıq dörd gündür ki, şəhərdə xilasetmə işləri gedir, xilasetmə işlərinə 500-dən çox hərbçi cəlb olunub. 2 mindən çox sakin müvəqqəti sığınacaqlarda qalır. Yağışlar nəticəsində Nenotaniqava çayının daşması sahilboyu yaşayın məntəqələri üçün təhlükə yaradıb.

Xirosimadakı vəziyyətin gərginləşməsinə görə baş nazir Sindzo Abe məzuniyyətini yarımçıq qoyaraq Tokioya qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR