Avropa Birliyi bu gün Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək

Avropa Birliyi bu gün Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək
# 31 iyul 2014 05:18 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istnadən verdiyi xəbərə görə, sektoral iqtisadi sanksiyalar paketi maliyyə xidmətləri, hərbi tədarüklər sahələrində məhdudiyyətləri nəzərdə tutur və hərbi məqsədlər üçün istifadə oluna biləcək ikili təyinatlı malların ixracına qadağa qoyur.

Həmçinin, neftçıxarma sənayesi üçün nəzərdə tutulmuş innovasiya texnologiyalarının Rusiyaya ixracına da qadağa qoyulub.

Qeyd edək ki, sanksiyalar Rusiyanın qaz sektorunu əhatə etmir.

Sanksiyalar paketi 12 ay qüvvədə olacaq. Qüvvəyə mindikdən 3 ay sonra onlara yenidən baxıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR