“Azərbaycanın dövlət qulluğunda son yeniliklər” mövzusunda seminar keçirilib

“Azərbaycanın dövlət qulluğunda son yeniliklər” mövzusunda seminar keçirilib
# 14 may 2015 14:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə təşəbbüsü ilə “Azərbaycan Respublikasının dövlət qulluğunda son yeniliklər” mövzusunda seminar təşkil edilib.

DQMK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik Platforması”nın “Dövlət Qulluğu İslahatları Paneli” çərçivəsində təşkil olunan tədbirdə Azərbaycanın dövlət orqanlarının nümayəndələri ilə yanaşı, Ukrayna, Belarus, Gürcüstan və Moldovadan dövlət qulluğuna məsul olan dövlət qurumlarının və dövlət idarəçilik akademiyalarının nümayəndələri, habelə Avropa İttifaqının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər. Seminarın keçirilməsində məqsəd dövlət idarəçiliyi və dövlət qulluğu, eləcə də vətəndaşlara göstərilən keyfiyyətli və innovasiyalara əsaslanan dövlət xidmətləri sahəsində Azərbaycanın mövcud təcrübəsinin Şərq Tərəfdaşlığı Proqramının iştirakçı ölkələri ilə mübadiləsi, qeyd edilən sahələrdə uğurlar və problemlər haqqında fikir mübadiləsinin aparılması olmuşdur. Seminarda digər ölkələrin dövlət qulluğu sahəsində mövcud təcrübələri də iştirakçılara təqdim olunub.

Seminarda DQMK-nın sədri Bəhram Xəlilov Avropa İttifaqı ilə əməkdaşlığın, o cümlədən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın Azərbaycan Respublikası üçün önəmli olduğunu qeyd edib. Bildirilib ki, Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik Platforması”nın “Dövlət Qulluğu İslahatları Paneli”nin fəal tərəfdaşıdır. Komissiyanın Avropa İttifaqı, BMT İnkişaf Proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə həyata keçiridiyi dəstək layihələri çərçivəsində dövlət qulluqçularının potensiallarının artırılması istiqamətində əməli tədbirlər həyata keçirdiyini deyən Komissiya sədri vurğulanıb ki, dövlət qulluqçusuna inam dövlət qulluğuna şəffaf və obyektiv qəbuldan başlayır

.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Rza Zülfüqarzadə Aİ ilə Azərbaycan arasında dövlət qulluğu sahəsində əməkdaşlıqdan danışaraq qeyd edib ki, bu əməkdaşlıq “Dövlət qulluğu haqqında” Qanunun həyata keçirilməsi məqsədilə Avropa İttifaqının TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrası ilə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR