Futzal üzrə Azərbaycan yığması dünya reytinqində mövqeyini qoruyub

Futzal üzrə Azərbaycan yığması dünya reytinqində mövqeyini qoruyub
# 10 dekabr 2012 11:31 (UTC +04:00)

Bakı-APA. Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən ay açıqlanan reytinqlə müqayisədə “Top-20”də heç bir dəyişiklik olmayıb.


Braziliya yığması dünya reytinqində ilk pillədə qərarlaşıb. Cənubi amerikalıların hesabında 1981 xal var. İspaniyalılar 1974 xalla 2-ci, İtaliya 1791 xalla 3-cü mövqeyini qoruyub. Azərbaycan yığması isə 1323 xalla 1 ay əvvəlki kimi yenə dünyanın 15-ci komandasıdır.

Millimizin Avro-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Slovakiya 1289 xalla 17-ci, Bosniya və Herseqovina isə 1141 xalla 32-cidir.

Qalibi millimizə rəqib olacaq təsnifat mərhələsinin F qrupunda yer alan Albaniya, Norveç, İsveçrə və Danimarka isə reytinqin aşağı hissələrindədir. Belə ki, Norveç (943 xal) 53-cü, Albaniya (771 xal) 86-cı, İsveçrə (743 xal) 90-cı pillədədir. 938 xala malik Danimarka isə müəyyən olunmuş zaman kəsiyində oyun limitindən aşağı olduğu üçün reytinq siyahısından kənarda qalıb.

Qeyd edək ki, siyahıda dünyanın 107 yığması yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR