ARDNŞ və «Statoil» şirkətləri «Zəfər-Məşəl» strukturu üzrə Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB

ARDNŞ və «Statoil» şirkətləri «Zəfər-Məşəl» strukturu üzrə Anlaşma Memorandumu imzalayıb - <span style="color: red;">YENİLƏNİB
# 08 aprel 2013 13:27 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, imzalanmada Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bəyan edib ki, bu layihədə «Statoil» şirkəti operator rolunda çıxış edəcək.

Eyni zamanda, «Statoil» şirkətinin rəhbəri Xelge Lund əməkdaşlıqdan məmnun olduğunu bəyan edib və bildirib ki, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. X.Lundun sözlərinə görə, ümumilikdə neft-qaz yataqlarında kəşfiyyat işləri müəyyən risklər daşıyır, lakin «Statoil» şirkəti böyük təcrübəyə malikdir və bu təcrübə «Zəfər-Məşəl» perspektiv strukturun işlənməsində yardımçı olacaq.

Memoranduma uyğun olaraq, tərəflər onun qüvvəyə mindiyi gündən 12 ay ərzində danışıqlar aparmalı və gələcək sazişin kommersiya parametrlərini müəyyən etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR