Arzu Rəhimov: “Orta məktəblərdə və ali təhsil müəssisələrində hərbi hazırlıq fənninin tədrisi istiqamətində planlarımız var”

Arzu Rəhimov: “Orta məktəblərdə və ali təhsil müəssisələrində hərbi hazırlıq fənninin tədrisi istiqamətində planlarımız var”
# 13 fevral 2013 09:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının bir ili tamam olub. APA-nın məlumatına görə, bu münasibətlə qurumun əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə rəhbərlik etdiyi qurumun ötən bir ildə fəaliyyətindən danışıb. O bildirib ki, bu dönəmdə əsas diqqət səfərbərlik və səfərbərlik hazırlığı, Silahlı Qüvvələr və digər hərbi birləşmələrin komplektləşdirilməsi işlərinə yönəldilib. A. Rəhimov orta məktəblərdə və ali təhsil müəssisələrində hərbi hazırlıq fənninin tədrisi, hərbi kafedraların yaradılması istiqamətində də bəzi planlarının olduğunu açıqlayıb: “Yaxın dövrlərdə orta məktəblərdə bununla bağlı bəzi tədbirlər həyata keçiriləcək. Eyni zamanda ali təhsil müəssisələrində hərbi kafedralar yaradılacaq”.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti 2012-ci il fevralın 13-də dövlət başçısının imzaladığı sərəncamla keçmiş Respublika Hərbi Komissarlığının bazasında yaradılıb. 2012-ci ilin iyul ayında keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv edilərək xidmətin tabeliyinə verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR