Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
# 22 dekabr 2014 11:26 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar polis dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR