SN-in komissiyası xəstənın sağlam ayağının kəsilməsi ilə bağlı konsilium keçirib

SN-in komissiyası xəstənın sağlam ayağının kəsilməsi ilə bağlı konsilium keçirib
# 24 iyun 2016 15:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 87 yaşlı xəstə Tərlan Məmmədova uzun illər hər iki ayaqların dizaltı arteriallarının kəskin stenozu, baldır arterialarının okkluziyası (tutulması), diabetik qanqrena diaqnozu ilə qeydiyyatda olub.

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib.

O deyib ki, xəstə yaşına görə çox gümrahdır, buna görə də müayinələrdən sonra əməliyyat olunmasına icazə verilib: “Hətta əməliyyatdan öncə bildirdim ki, səhhətin o qədər yaxşıdır ki, əməliyyatdan 4-5 gün sonra gəzəcəksən. Xəstəni həkim Valeh Kərimov əməliyyat edib. O, xəstəni əməliyyat edəndən özü mənim yanıma gələrək səhv etdiyini bildirib. Ondan sonra həkim yoxa çıxıb, hazırda yoxdur. Valeh Kərimova bundan sonra heç bir əməliyyat verilməyəcək və fəaliyyəti Mərkəz tərəfindən müvəqqəti dayandırılıb".

Qeyd edək ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzin tibbi ekspert üzvləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə konsilium keçirilib. Konsiliumun nəticələri müzakirə olunub.

Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar yaradılan xüsusi komissiyanın sədri, respublikanın baş cərrahı Hacıqulu Bağırov isə APA-ya bildirib ki, ekspertizanın rəyi birinci gün məlum olacaq. Bundan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Şəkərli diabet xəstəsi olan Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin 87 yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR